![]() |
AZƏRBAYCAN » CƏMİYYƏT |
![]() Ceyhun Bayramov polşalı həmkarı ilə görüşüb Bakı, 1 dekabr, SalamNews. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb. SalamNews xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter səhifəsində məlumat paylaşılıb. Tərəflər Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində bir araya gəliblər. |