DÜNYA » SİYASƏT
01 Dekabr 2022, 13:14 (GMT +4)

Bundestaq «Qolodomor»u ukraynalıların soyqırımı kimi tanıyıb

Bakı, 1 dekabr, SalamNews. Almaniya Bundestaqının deputatları 1930-cu illərdə Ukraynada baş verən “Qolodomor” faciəsini qəsdən təşkil edilmiş və dəstəklənən soyqırım kimi tanıyıblar. 

SalamNews-un "kommersant.ru"ya istinadla verdiyi xəbərə görə, qətnamə səs çoxluğu ilə təsdiq edilib. 

"Təklif qəbul edildi. Əleyhinə bir səs, “Almaniya üçün Alternativ” partiyası və “Solçular” bitərəf qaldı”, deyə Bundestaqın vitse-spikeri bildirib.