![]() |
DÜNYA » SİYASƏT |
![]() Rusiya və Suriya Türkiyənin mümkün əməliyyatı fonunda Hələbə əlavə hərbi qüvvə ezam ediblər Bakı, 1 dekabr, SalamNews, S.Bağırov. Türkiyə Ordusunun separatçı kürd birləşmələrinə qarşı mümkün quru əməliyyatı fonunda Rusiya və Suriya hökuməti tərəfindən Hələbə əlavə hərbi qüvvələr ezam edilib. SalamNews əl-Vətən qəzetinə istinadən xəbər verir ki, Suriya Ərəb Ordusu təmas xəttlərinə əlavə qüvvələr göndərərkən, Rusiya qüvvələri də Hələbin şərq ərazilərində “SDQ”nin yerləşdiyi ərazilər daxilində xüsusilə Təll-Cican kəndində yeni hərbi məntəqə yaradıb. Qeyd edək ki, Türkiyə, separatçı kürd birləşmələri olan YPG-nin, habelə separatçıların rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri”nin sərhəddən 30 km geri çəkilməsini tələb edir. Lakin ABŞ-ın dəstəklədiyi kürd birləşmələri Türkiyənin şərtlərini qəbul etməyib. Məlumata görə, Türkiyə Rusiya tərəfinin şərtlərini də qəbul etməyib. |