DÜNYA » SİYASƏT
01 Dekabr 2022, 09:41 (GMT +4)

Fransa səfiri Tehranda XİN-ə çağırılıb

Bakı, 1 dekabr, SalamNews, S.Bağırov. Fransa Milli Assambleyasının (Aşağı Palata) İranla bağlı qətnamə qəbul etməsindən sonra bu ölkənin Tehrandakı səfiri XİN-ə çağırılıb.

SalamNews Mehr-ə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Bildirilib ki, Fransa xarici işlər nazirinin bu ölkənin Milli Assambleyasında qəbuledilməz bəyanatlarından və İran İslam Respublikasındakı hadisələrlə bağlı Milli Assambleyanın müdaxiləçi qətnaməsinin təsdiqindən sonra bu ölkənin Tehrandakı səfiri Nikola Reş Xarici İşlər Nazirliyinə çağırılıb.

Əlavə edilib ki, “bu görüşdə Fransa hakimiyyətinin İrana qarşı əsassız ittihamlarına sərt etiraz bildirilib və bu cür qəbuledilməz müdaxilələr pislənilib.”

Məlumatda əlavə edilir ki, Fransa səfiri məsələni rəsmi Parisə çatdıracağını bildirib.