![]() |
DÜNYA » SİYASƏT |
![]() Ərdoğan: Türkiyənin inkişafı kursu davam etdiriləcək Bakı, 30 noyabr, SalamNews. Türkiyə Respublikanın II yüzilliyi üçün qarşıya qoyduğu bütün hədəflərə çatmaq niyyətindədir. SalamNews-un “AA”ya istinadla verdiyi xəbərə görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndələrinin başçıları ilə görüşündə bildirib. Türkiyə dövlətinin başçısı ölkənin son 20 ildə əldə etdiyi uğurlara diqqət çəkib. “AKP-nin iqtidarda olduğu onilliklər ərzində ölkəmiz bir əsrlik inkişaf yolunu qət edib. Bu kurs davam etdiriləcək”, deyə prezident bildirib. Prezident dünyada tənəzzüllə bağlı davamlı təhdidlər fonunda Türkiyənin iqtisadi artımını davam etdirməsini xüsusilə əhəmiyyətli olduğunu bildirib. Prezident bu ilin üçüncü rübünün statistik göstəricilərinə diqqət çəkib, bu göstəricilərə əsasən Türkiyə iqtisadiyyatı 3,9 faiz artıb. “Bu gün Türkiyə ÜDM artımına görə G-20 liderlərinin ilk beşliyindədir. Bu, ölkəmizin güclənməsinin göstəricisidir. Əminəm ki, 2022-ci ildə iqtisadi artım rekord həddə çatacaq və ölkə 2023-cü ilə uğurla qədəm qoyacaq”, deyə prezident qeyd edib. “İqtisadiyyat, diplomatiya, terrorla mübarizə və qeyri-qanuni miqrasiya idarəçiyi - bu, AKP-nin uğur qazandığı dörd sahədir”, deyə Ərdoğan əlavə edib. |