![]() |
DÜNYA » SİYASƏT |
![]() İran şimal-qərb sərhədlərində zirehli personalını artırır Bakı, 25 noyabr, SalamNews, S.Bağırov. İran İraq-Kürdüstan Regional Hökuməti ilə sərhəddə zirehli personalını artırır. SalamNews Mehr-ə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Keşikçilər Ordusunun Quru Qoşun Qüvvələrinin komandanı Məhəmməd Pakpur deyib. İranın şimal-qərb sərhədlərində separatçı qüvvələrə qarşı tədbirlərin davam etdiyini deyən Pakpur bölgədə Sepah-ın Quru Qüvvələrinin zirehli bölmələrinin artırıldığını vurğulayıb. "İslam İnqilabı Keşikçiləri Ordusu quru qüvvələrinin bu hərəkəti sərhəddə yerləşən bölmələri gücləndirmək və İraqın şimal bölgəsində yerləşən separatçı qruplaşmalara bağlı terrorçu qrupların ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə həyata keçirilib", deyə iranlı general bildirib. Qeyd edək ki, İran son iki ayda ölkədə baş verən etiraz və iğtişaşlar zamanı Kürdüstan Regional Hökumətinin ərazisində, xüsusilə də Süleymaniyyə və Ərbildə separatçı qrupları beş dəfə bombalayıb. |