DÜNYA » SİYASƏT
23 Noyabr 2022, 10:05 (GMT +4)

Qüdsdə iki ardıcıl partlayış baş verib, yaralananlar var

Bakı, 23 noyabr, SalamNews, S.Bağırov. Qüdsdə İsrail qüvvələrinin nəzarətində olan avtobus dayanacağında iki ardıcıl partlayış baş verib.

SalamNews İsrail mətbuatına istinadən xəbər verir ki, bu gün səhər Qüdsün qərbində İsrail qüvvələrinin olduğu avtobus dayanacağında iki ardıcıl partlayış baş verib və burada 10 nəfər yaralanıb.

Onlardan ikisinin vəziyyəti ağırdır.

Partlayışın mahiyyəti araşdırılır.

Qeyd edək ki, ötən gecə İsrailin işğalında olan İordan çayının qərb sahilinin əksər bölgələri silahlı qarşıdurma və toqquşmaların şahidi olub.