![]() |
AZƏRBAYCAN » SİYASƏT |
![]() Azərbaycan İsraildə səfirlik açır Bakı, 18 noyabr, SalamNews. Azərbaycanın İsraildə səfirliyi təsis edilir. SalamNews xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb. Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.
|