![]() |
AZƏRBAYCAN » SİYASƏT |
![]() Səfir: Makron özü təsdiq edib ki, Qarabağ Azərbaycandır Bakı, 17 noyabr, SalamNews. Fransa prezidenti Emmanuel Makron özü Qarabağın Azərbaycan olduğunu təsdiqləyib. SalamNews-un məlumatına görə, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev sosial şəbəkədə Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni şərh edərkən yazıb. “Hətta Fransa prezidenti də Qarabağın Azərbaycan olması ilə bağlı danılmaz faktı təsdiqləyib. O, sadəcə olaraq BMT-nin çoxdan müəyyən etdiyi şeyi təkrarlayıb. Senatın heç bir qərarı bu qanunauyğunluğu dəyişə bilməz", deyə səfir qeyd edib. Onun sözlərinə görə, İrəvan beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Xatırladaq ki, Makron Qarabağ və onun ətrafındakı rayonların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri olduğunu 2020-ci ilin noyabrında Ermənistan “Hayastan” Fondunun filialında keçirilən görüşdə nəzərə çatdırıb. |