DÜNYA » SİYASƏT
14 Noyabr 2022, 12:46 (GMT +4)

Makron İrandakı son hadisələrin nüvə sazişinə təsirindən danışıb

Bakı, 14 noyabr, SalamNews, S.Bağırov. “İranda sentyabrın ortalarından bəri davam edən etiraz aksiyaları Tehranla böyük dövlətlər arasında nüvə razılaşmasına əhəmiyyətli təsir göstərir.”

SalamNews xarici mətbuata istinadən xəbər verir ki, Fransa prezidenti bunu "France Inter" radiosuna müsahibəsində deyib.

Fransa prezidenti deyib ki, İrandakı vəziyyəti nəzərə alaraq, yəqin ki, nüvə sazişi üçün “yeni çərçivə tapmaq” lazım gələcək.

Onun sözlərinə görə, “İranda hökumətə qarşı etirazlar ölkədəki siyasi vəziyyəti dəyişib və bu, nüvə sazişinə “əhəmiyyətli təsir göstərib.”

Makron əlavə edib ki, hazırkı vəziyyətdə yeni nüvə sazişi ilə bağlı təkliflərin mümkün olduğuna inanmır.

Bundan əlavə, Fransa prezidenti Avropa Birliyinin İrana qarşı tətbiq etməyi planlaşdırdığı sanksiya paketinin İnqilab Keşikçiləri Ordusu üzvlərinə və İran hökumətinin yüksək vəzifəli şəxslərinə qarşı yönələcəyini istisna etməyib.