DÜNYA » SİYASƏT
14 Noyabr 2022, 10:52 (GMT +4)

İran İstanbuldakı terror aktına münasibət bildirib

Bakı, 14 noyabr, SalamNews, S.Bağırov. “Türkiyə və xalqının təhlükəsizliyini hədəfə alan istənilən terror aktını kəskin şəkildə pisləyirik.”

SalamNews Mehr-ə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

İstanbulda onlarla şəxsin ölümü və yaralanmasını pisləyən İran XİN sözçüsü deyib: "Biz qardaş Türkiyə Cümhuriyyəti və millətinin yanındayıq."

İran rəsmisi Türkiyə hökumətinə və xalqına, xüsusilə də həlak olanların ailələrinə başsağlığı verib.