![]() |
DÜNYA » SİYASƏT |
![]() İstanbulun İstiqlal küçəsinə bomba qoymaqda şübhəli bilinən şəxs saxlanılıb Bakı, 14 noyabr, SalamNews . İstanbulun Bəyoğlu rayonunda İstiqlal küçəsində bomba yerləşdirən şəxsi polis saxlayıb. SalamNews-un "AA"ya istinadla verdiyi xəbərə görə, bu barədə noyabrın 14-də Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. Nazir bildirib ki, Bəyoğluda bomba yerləşdirən şəxs İstanbul Polis İdarəsi tərəfindən saxlanılıb. Soylunun sözlərinə görə, istintaqda hücumun izlərinin Suriyaya apardığını göstərən dəlillər var. "Təxminlərimizə görə, əmr Kobanidən, hücumu törədən isə Afrindən gəlib", deyə nazir qeyd edib. Bundan əlavə, hadisədən dərhal sonra polis partlayışda əli olmaqda şübhəli bilinən 21 nəfəri saxlayıb. Müstəntiqlərin dəlilləri partlayışın PYD tərəfindən təşkil edildiyini göstərir. Nazir həlak olanların ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb. "Bir daha vurğulayıram ki, bizə bu faciəni yaşadanlar tezliklə daha sərt cavab alacaqlar,", deyə nazir əlavə edib. İstanbulda bazar günü Bəyoğlu rayonunda piyada turistlər üçün nəzərdə tutulmuş İstiklal küçəsində partlayış baş verib. 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca bildirib ki, ölən 81 nəfərdən 39-u artıq xəstəxanalardan buraxılıb. |