![]() |
DÜNYA » HADİSƏLƏR |
![]() ![]() Misirdə avtobusun aşması nəticəsində azı 18 nəfər ölüb (FOTO) Bakı, 12 noyabr, SalamNews, S.Bağırov. Misirin şimalında Dakahlia əyalətində sərnişin avtobusunun kanala düşməsi nəticəsində 18 nəfər ölüb, 6 nəfər yaralanıb. Xilasedicilər digər qurbanları axtarır. SalamNews Misir mətbuatına istinadən xəbər verir ki, “Sosial Həmrəylik Nazirliyi” bu gün, şənbə verdiyi açıqlamada, Dakahlia əyalətinin Əcə şəhərinin Əbünnəbi kəndi yaxınlığında, Mansuriyya kanalında baş verən avtobus qəzası hadisəsini təqib etdiyini bildirib. Bildirilib ki, "qəza indiyədək 6 nəfərin yaralanması və 18 nəfərin ölümü ilə nəticələnib". Nazirlik xilasetmə qruplarının işlərini davam etdirdiyini, başqa ölümlərin də ola biləcəyini qeyd edib. Nazirlik, ailə başçısının vəfatı halında 50 min lirə, ailə üzvünün vəfatı halında isə 25 min lirənin ödəniləcəyini deyib. Nazirlik həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, həlak olanların ailələrinə lazım olan hər cür yardımın göstərilməsini tapşırıb. |