![]() |
MDB ÖLKƏLƏRİ » SİYASƏT |
![]() Çexiyanın baş naziri Ukraynaya səfərə gəlib Bakı, 31 oktyabr, SalamNews. Çexiyanın baş naziri Petr Fiala Ukraynaya səfərə gəlib. “Biz Kiyevdəyik, bu səhər də Rusiyanın raket atəşinə məruz qalan şəhərdə. Ukraynalı dostlarla bir sıra danışıqlarımız olacaq. İnanıram ki, onlar konkret nəticələr verəcək. Ukraynalılar təkcə öz ölkələri üçün deyil, bütün Avropa üçün mübarizə aparırlar. Dəstəyimiz davam etməlidir", deyə Fiala "Twitter"də qeyd edib. SalamNews xəbər verir ki, bir müddət öncə Çexiya hökumətinin bir hissəsinin oktyabrın 31-də Kiyevə səfər edəcəyi bildirilirdi.
|