![]() |
DÜNYA » SİYASƏT |
![]() İsrail Dəməşqin ətrafını hava zərbələri ilə hədəfə alıb - KİV Bakı, 24 oktyabr, SalamNews, S.Bağırov. İsrail təyyarələri bu gün günorta Dəməşqin ətrafını hava zərbələri ilə hədəfə alıb. SalamNews bu barədə Suriyanın əl-İxbariyyə telekanalına istinadən məlumat verir. Bildirilib ki, bu gün günorta saatlarında Dəməşqin ətrafında iki partlayış səsi eşidilib. Yerli mənbələr bu partlayış səslərinin İsrailin təcavüzü nəticəsində baş verdiyi və eşidildiyini bildiriblər. Suriyanın rəsmi qurumları bu barədə hələ məlumat verməyiblər. Qeyd edək ki, İsrailin Suriya ərazisinə təcavüzü son dörd gündə ikinci dəfədir baş verir. |