MDB ÖLKƏLƏRİ » SİYASƏT
20 Oktyabr 2022, 10:04 (GMT +4)

Kliçko: Kiyevdə elektrik enerjisinə qənaət etmək üçün trolleybus marşrutlarına avtobuslar buraxılacaq

Bakı, 20 oktyabr, SalamNews. Kiyev meri Vitali Kliçko bildirib ki, şəhər höküməti elektrik enerjisinə qənaət etmək üçün oktyabrın 20-dən bir sıra trolleybus marşrutları üzrə avtobusları işə salacaq.

SalamNews xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

“Cümə axşamı, oktyabrın 20-də, şəhərdə elektrik enerjisinə qənaət etmək üçün 38 və 21 nömrəli trolleybus marşrutlarında avtobuslar fəaliyyət göstərəcək", deyə Kliçko bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl “Telegram” kanalında Ukraynada son sutka ərzində üç mühüm infrastruktur obyektinin məhv edildiyini bildirib.