![]() |
DÜNYA » SİYASƏT |
![]() Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan imtina edib Bakı, 18 oktyabr, SalamNews, S.Bağırov. ABŞ tərəfinin addımına baxmayaraq, Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan rəsmən imtina edib. SalamNews bu barədə FransPress-ə istinadən xəbər verir. Bildirilib ki, Avstraliya əvvəlki Mühafizəkarlar hökumətinin verdiyi mübahisəli qərarı ləğv edərək, Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanımayacağını açıqlayıb. Dövlət katibi Penni Vonq açıqlamasında deyib: “Qüds İsrail və Fələstin xalqı arasında istənilən sülh danışıqlarının bir hissəsi kimi həll edilməli olan yekun status məsələsidir” Qeyd edək ki, ABŞ hökuməti Donald Tramp dövründə Qüdsü İsrailin paytaxtı, Suriyanın Colan Yüksəkliklərini də İsrailin ərazisi kimi tanıyıb. Bundan sonra bir sıra dövlətlər eyni addımı atıblar. |