DÜNYA » SİYASƏT
13 Oktyabr 2022, 14:50 (GMT +4)

İranda Peyğəmbərin (s) mövludu münasibətilə 1,862 məhbus əfv edilib

Bakı, 13 oktyabr, SalamNews, S.Bağırov. İranda Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövludu münasibətilə 1,862 məhbus əfv edilib və ya cəza müddətləri azaldılıb.

SalamNews İRNA-a istinadən xəbər verir ki, İranın Məhkəmə Hakimiyyətinin sədri Höccətül-İslam Əjeyi Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövludu münasibətilə 1,862 məhbusun əfvi və cəzalarının yüngülləşdirilməsi ilə bağlı ölkənin Ali dini lideri Ayətullah Seyid Əli Xameneiyə məktub ünvanlayıb.

İran İslam İnqilabının Ali lideri Ayətullah Xamenei əfvlə bağlı bu müraciətə müsbət cavab verib.

Qeyd edək ki, İranda Novruz, Qurban, Qədir-Xum, Fitr bayramlarında, habelə məsumların mövlud günündə ümumi əfvlər verilir.