![]() |
DÜNYA » SİYASƏT |
![]() Ərəb dövlətləri Britaniya səfirliyinin Təl-Əvividən Qüdsə köçürülməsi haqda xəbərdarlıq ediblər Bakı, 13 oktyabr, SalamNews, S.Bağırov. Ərəb Dövlətləri Liqası Britaniya hökumətinin İsraildəki səfirliyini Qüdsə köçürmək planından narahatlığını ifadə və xəbərdarlıq edib. SalamNews xəbər verir ki, Ərəb Liqası verdiyi bəyanatda Britaniya səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinin mənfi nəticələri ilə bağlı xəbərdarlıq edib. Bu bəyanatda deyilir: Böyük Britaniya səfirliyinin Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürülməsi Yaxın Şərqdə sülh üçün mənfi nəticələrə səbəb olacaq və belə bir vəziyyətdə dünya yeni böhranın yaranmasına tab gətirə bilməyəcək. Bu bəyanatda əlavə edilib: Britaniya hökuməti öz qərarını yenidən nəzərdən keçirməli və belə bir qərarın nəticələrini dəyərləndirməlidir. Ərəb Liqası əlavə edib ki, Britaniya hökuməti hərtərəfli sülhə nail olmağın yeganə yolu kimi iki dövlətli həll yoluna sadiq qalmalıdır. Qeyd edək Britaniyanın baş naziri Liz Trass bu yaxınlarda Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclası çərçivəsində İsrailin baş naziri Yair Lapidə verdiyi açıqlamada Britaniya səfirliyini Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürmək niyyətində olduğunu bildirib. |