DÜNYA » SİYASƏT
12 Oktyabr 2022, 10:58 (GMT +4)

Peyğəmbərin (s) mövludu günlərində İslami Vəhdət Beynəlxalq Konfransı işinə başlayıb

Bakı, 12 oktyabr, SalamNews, S.Bağırov. İslami Vəhdət Beynəlxalq Konfransının 36-cı iclası bu gün İranın paytaxtı Tehranda işinə başlayıb.

SalamNews əl-Aləmə istinadən xəbər verir ki, İslami Vəhdət Beynəlxalq Konfransının 36-cı iclasının açılış mərasimində İranın prezidenti İbrahim Rəisi çıxış edərək, müsəlman dünyasının birliyinin vacibliyindən və bu yolda duran maneələrdən danışıb.

Məlumata görə bu konfransa İrandan 100, İslam dünyasından isə 200 dini, ictimai və siyasi xadim qatılıb.

Bu konfrans "İslami vəhdət; İslam dünyasında sülhün bərpası və münaqişələrin qarşısının alınması" devizi altında keçirilir.

Konfrans iştirakçıları cari ayın 14-də İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşəcəklər.