DÜNYA » İDMAN
28 Sentyabr 2022, 17:59 (GMT +4)

Lionel Messi Ronaldonun rekordunu təkrarlayıb

Bakı, 28 sentyabr, SalamNews, R.Nadirli. Argentina millisini kapitanı Lionel Messi ardıcıl 16-cı dəfə bir təqvim ilində 20 qol həddinə çatıb.

SalamNews xəbər verir ki, o, Yamaykaya 3:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə dubl etməklə buna nail olub.

Bununla da Messi bu il ümumi qol sayını 21-ə çatdırıb.

PSJ-nin hücumçusu 2007-ci ildən bəri ardıcıl olaraq hər il minimum 20 qol vurmağı bacarıb. O, bu göstəricidə portuqaliyalı Kriştiano Ronaldonun rekordunu təkrarlayıb. Ronaldo 2022-ci ildə hələlik 13 dəfə fərqlənib.