DÜNYA » SİYASƏT
28 Sentyabr 2022, 15:27 (GMT +4)

İsrail təyyarələri yenidən Livanın hava məkanını pozub

Bakı, 28 sentyabr, SalamNews, C.Nəbi. İsrail işğal eltiyi “Məzare-Şəba” bölgəsi istiqamətindən yenidən Livan səmasına daxil olub və şərti hədəfləri vurmaqla bağlı sınaq uçuşları həyata keçirib.

SalamNews Livan mətbuatına istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat veriblər.

Bildirilib ki, İsrailin hərbi təyyarələri bu gün “Məzare-Şəba” istiqamətindən Livanın səmasına daxil olaraq cənub əyalətlərin üzərində şərti hədəfləri vurmaqla bağlı sınaq uçuşları həyata keçiriblər.

Qeyd edək ki, Livan hal-hazırda ABŞ vasitəsi ilə İsraillə Aralıq dənizində münaqişəli Kariş qaz yatağının vəziyyətinə dair danışıqlar aparır. Bu danışıqlar bir neçə aydır davam edir. Həmçinin Livanın “Məzare-Şəba” və “Kəfar-Şuba Təpələri”nin İsrail tərəfindən işğalda saxlanılması tərəflər arasında gərginliyi gündəmdə saxlayan amillərdən biridir.