![]() |
AZƏRBAYCAN » SİYASƏT |
![]() Zaqatalada narkotacirdən odlu silah götürülüb Bakı, 28 sentyabr, SalamNews. Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan şəxs tutularaq istintaqa təhvil verilib. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan SalamNews-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər də oğurluq və əmlakı qəsdən məhvetmə cinayətləri törətdiyi üçün bir neçə dəfə məhkum olunmuş Sərdar Atayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. |