DÜNYA » DİN
27 Sentyabr 2022, 10:15 (GMT +4)

Məşhəd İmam Rzanın (ə) şəhadəti günündə (FOTO)

Bakı, 27 sentyabr, SalamNews, C.Nəbi. Hicri-qəməri təqvimi ilə bu gün səfər ayının sonu İmam Rzanın (ə) şəhid olan günüdür. Məşhəd şəhərində imamın ziyarətgahı müxtəlif dini ayin və mərasimlərin şahidi olub.

SalamNews xəbər verir ki, ötən gecə Məşhəd şəhərində İmam Rzanın ziyarətgahı müxtəlif dini ayin və mərasimlərin şahidi olub.

Məşhəd şəhərinin rəsmilərinin məlumatına görə təkcə ötən gün 1.4 milyon zəvvar şəhərə daxil olub. Lakin səfər ayının son günlərində şəhərə azı 4.2 milyon zəvvar daxil olub.

Qeyd edək ki, səfər ayının 28-i Peyğəmbərin (s)  vəfatı, İmam Həsənin (ə) şəhadəti, həmçinin ayın sonu da İmam Rzanın (ə) şəhadəti gününə təsadüf edir. Adətən Ərbəin səfərindən qayıdan xarici zəvvarlar Məşhədi də ziyarət edirlər.

SalamNews İmam Rzanın (ə) şəhatədi günündə Məşhəddə keçirilən dini ayin və mərasimlərin bəzi görüntülərini təqdim edir: