AZƏRBAYCAN » CƏMİYYƏT
24 Sentyabr 2022, 13:56 (GMT +4)

Ölkəyə 3 mindən çox balıq torunun qanunsuz gətirilməsinin qarşısı alınıb

Bakı, 24 sentyabr, SalamNews. Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları tərəfindən Azərbaycana qanunsuz yollarla gətirilmiş 3 041 ədəd balıq toru aşkar edilib.

Bu barədə SalamNews-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki. Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Çin Xalq Respublikasından ölkəmizə “Alclotho” MMC-nin ünvanına tekstil yükü gətirən 47 D 83510/47 D 83610 nömrəli yük avtomobili yoxlanılıb.

Bu zaman yük avtomobilində gömrük orqanına bəyan edilməyən 15 çuvalda qablaşdırılmış vəziyyətdə əksər hissəsi mülki dövriyyədən çıxarılmış (idxalına yol verilməyən) 3 041 ədəd balıq toru və düzgün bəyan edilməyən müxtəlif adda geyim əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.