![]() |
DÜNYA » DİN |
![]() Kərbəlada Ərbəin ziyarətində rekord rəqəm qeydə alınıb, zəvvarların sayı 21 milyonu keçib Bakı, 17 sentyabr, SalamNews, B.Samid. Kərbəlada Ərbəin ziyarəti tarixində ən böyük rəqəm qeydə alınıb. Bu il ziyarətə 21 milyondan çox zəvvar qatılıb. SalamNews Sumariya Agentliyinə istinadən xəbər verir ki, bu barədə İmam Hüseynin Ziyarətgahı İdarəsinin Baş Katibliyi bəyanat verib. Bəyanatda bildirilib ki, bu ilin Ərbəin ziyarətinə 21,198,640 nəfər qatılıb. Qeyd edilib ki, bu statistika Kərbəlada quraşdırılmış çoxsaylı kameralar vasitəsilə eletron hesablama ilə əldə edilib. İraq Ordusunun mətbuat katiblərindən Səd Məin bildirib ki, bu rəqəm 2003-cü ildən (Səddam Hüseyn rejiminin süqutu) bəri qeydə alınmış ən böyük rəqəmdir. |