AZƏRBAYCAN » DİN
15 Sentyabr 2022, 13:17 (GMT +4)

Azərbaycan şəhidləri Nəcəf-Kərbəla yolunda keçirilən Ərbəin yürüşündə anılıb (VİDEO)

Bakı, 15 sentyabr, SalamNews, B.Samid. Azərbaycan şəhidləri Nəcəf-Kərbəla yolunda anılıb.

SalamNews xəbər verir ki, hicri-qəməri təqvimi ilə bu gün səfər ayının 18-dir. İmam Hüseynin qırxı günü yəni Ərbəinə iki gün qalıb. Zəvvarlar 15-dən 20-ə qədər olan zamanı adətən Nəcəf-Kərbəla yolunda keçirirlər. Onlar bu yolu bir neçə günə piyada qət edirlər.

Bu Ərbəin yürüşündə digər müsəlman ölkələrinin şəhidləri kimi İkinci Vətən müharibəsində şəhid olan Azərbaycanlı oğullar da anılıb. Onların xatirəsinə Nəcəf-Kərbəla yolunda qurulmuş çadırlarda ehsanlar verilib.

Həmin görüntüləri təqdim edirik: