DÜNYA » DİN
12 Sentyabr 2022, 17:25 (GMT +4)

Səkkiz yüz min Ərbəin zəvvarı Kərbəlanı ziyarət edərək ölkələrinə geri dönüblər

Bakı, 12 sentyabr, SalamNews, B.Samid. Ərbəin ziyarətinin 800 min zəvvarı ziyarətlərini tez bir zamanda həyata keçirərək İraqdan İrana geri dönüblər.

SalamNews Mehr-ə istinadən xəbər verir ki, bunu İranda Ərbəin ziyarətinin təşkili idarəsinin sədri Seyid-Məcid Mirəhmədi deyib.

O, bildirib ki, artıq son günlərdə Ərbəin ziyarətinə yollanan zəvvarların geri dönmə tendensiyası başlayıb və 830 min zəvvar İraqdan İrana geri dönüblər.

O bildirib ki, eyni zamanda həmin qədər insan ölkəni Ərbəin ziyarəti üçün İraq istiqamətində tərk edib.

İran rəsmisi ölkə vətəndaşlarını Kərbəlada çox qalmamağa və burada sıxlıq yaratmamağa çağırıb.

Qeyd edək ki, Kərbəlanın valisi bu gün səhər verdiyi açıqlamada indiyə qədər ölkəyə üç milyon xarici zəvvarın daxil olduğunu və bu prosesin davam etdiyini açıqlayıb.