AZƏRBAYCAN » CƏMİYYƏT
19 Avqust 2022, 15:10 (GMT +4)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Bakı, 19 avqust, SalamNews. Sabah saat 08:00-dan avqustun 21-i saat 20:00-a qədər Bakının Nizami rayonunun Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədə təmir işləri aparılacaq.

SalamNews xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Agentlik sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edib.