AZƏRBAYCAN » İDMAN
13 Avqust 2022, 21:49 (GMT +4)

Bədii gimnastika komandamız İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb

Bakı, 13 avqust, SalamNews, R.Nadirli. Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb.

SalamNews xəbər verir ki, Zöhrə Ağamirova, Alina Gözəlova və İlona Zeynalovadan ibarət Azərbaycanın bədii gimnastika komandası 4 hərəkətin cəmində 252.300 xal toplayaraq İslamiadanın qalibi olub.