AZƏRBAYCAN » İDMAN
13 Avqust 2022, 22:30 (GMT +4)

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Sumqayıt"ı, "Turan Tovuz" "Səbail"i məğlub edib

Bakı, 13 avqust, SalamNews, R.Nadirli. Azərbatcan Premyer Liqasında 2-ci turun oyunları davam edir.

SalamNews xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub. Günün ilk oyunu Sumqayıtda keçirilib. Burada şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edib.

İkinci matçda isə "Səbail" və "Turan Tovuz" üz-üzə gəlib.

Misli Premyer Liqası
II tur

13 avqust (şənbə)

"Sumqayıt" - "Qarabağ" 0:2

Qol: Musa Qurbanlı, 90+4, Filip Ozobiç, 90+8
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Munis Abdullayev
“Kapital Bank Arena”, 18:20

"Səbail" - "Turan Tovuz" 0:1

Qol: Natan Oduva, 47
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Ceyhun Haşımov
“ASCO Arena”.