AZƏRBAYCAN » İDMAN
13 Avqust 2022, 14:55 (GMT +4)

Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat alıb

Bakı, 13 avqust, SalamNews, R.Nadirli. Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.

SalamNews xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsində RFŞ (Latviya) - "Linfild" (Şimali İrlandiya) oyununu idarə edəcək. Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 18-də Latviyada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.