RUSİYA » SİYASƏT
02 İyul 2022, 17:04 (GMT +4)

Peskov kollektiv Qərbin hələ də siyasi iradəyə malik olduğuna ümid etdiyini bildirib

Bakı, 2 iyul, SalamNews. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb liderlərinin “Rusiya döyüş meydanında məğlub edilməlidir” bəyanatları kontekstində kollektiv Qərbin “heç olmasa qismən” hələ də siyasi iradəyə sahib olduğuna ümid etdiyini bildirib.

SalamNews xəbər verir ki, Kremlin mətbuat katibi bunu "Telegram" kanalında yazıb.

"Gəlin daha konstruktiv bir şey haqqında danışaq. Ümid edək ki, kollektiv Qərb heç olmasa qismən də olsa siyasi iradəyə sahibdir. Ölkəmizdə bu dərrakənin tam şəkildə qorunub saxlanması da şübhəsizdir. Mənim heç bir şübhəm yoxdur", deyə Peskov bildirib.