![]() |
AZƏRBAYCAN » İQTİSADİYYAT |
![]() Rövşən Nəcəf: Azərbaycan qaza artan tələbatı ödəmək imkanı var Bakı, 12 oyun, SalamNews. Azərbaycan qaza artan tələbatı ödəmək imkanı var və hazırda Cənub Qaz Dəhlizi vasitəsi ilə Azərbaycan qazı Avropaya ixrac edilik. SalamNews xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkətin prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib. "Amma artan tələbatı bu layihə qarşılamaq iqtidarında deyi, ancaq biz də bununla bağlı işlər aparırıq", - R. Nəcəf qeyd edib. SOCAR rəsmisi əlavə edib ki, qaz layihələrinin reallaşdırılması üçün maliyyə institutları ilə əməkdaşlıq artırılmalıdır: "Biz tərəfdaşlarımızla Xəzər dənizinin cəlbediciliyinin artırılması istiqamətində danışıqlar aparırıq. Təbii ki, biz bunu qaydalar çərçivəsində və sıfır karbon emissiyası şərtləri ilə reallaşdırmaq istəyirik. Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir. TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər. Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. |