![]() |
DÜNYA » HADİSƏLƏR |
![]() Çadda qızıl mədənində işçilər arasında qarşıdurma nəticəsində 100-ə yaxın ölən var Bakı, 30 may, SalamNews, B.Samid. Çadın Liviya ilə sərhədində qızıl mədənində baş verən qarşıdurmada 100-ə yaxın ölən və 40 civarında yaralı var. SalamNews AFP-ə istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat veriblər. Ölkənin müdafiə naziri bazar ertəsi AFP-yə bildirib ki, keçən həftənin sonu Çadın şimalında qızıl kəşfiyyatçılar arasında toqquşmalar nəticəsində 100-ə yaxın ölü və ən azı 40 nəfər yaralanıb. Hadisə yerində olan general Daoud Yaya Brahim telefonla bildirib ki, Liviya sərhədi yaxınlığındakı Kouri Buqudi bölgəsində baş verən toqquşmalar "iki nəfər arasında əlbayaxa qarşıdurma"lə başlayıb. Daha sonra qızıl kəşfiyyatçıları arasında baş verən irimiqyaslı toqquşmal baş verib. Hadisə ilə bağlı cinayət işi açılıb. |