![]() |
DÜNYA » RAMAZAN |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Üçüncü Qədr gecəsi Nəcəf, Məşhəd və Kərbəlada (FOTO) Bakı, 25 aprel, SalamNews, B.Samid. Qədr gecəsinin əhya mərasimi imamların hərəmində müstəsna mənəvi abu-hava şəraitində keçirilib. SalamNews xəbər verir ki, üçüncü Qədr gecəsi həm də İmam Əlinin şəhid olduğu günlərə təsadüf edir. İraqın Nəcəf-Əşrəf şəhərində İmam Əlinin hərəmi üçüncü Qədr gecəsində müstəsna mənəvi mərasimlərin şahidi olub. Bu mərasimlər zamanı Qədr gecəsinin əməlləri ilə yanaşı İmam Əlinin şəninə də xütbələr deyilib və ehsanlar verilib. Eləcə də Məşhəddə İmam Rzanın və Kərbəlada İmam Hüseynin hərəmi üçüncü Qədr gecəsində mənəvi əhya mərasimlərinin şahidi olub. SalamNews bu üç müqəddəs məkanda əhya mərasimlərinin mənəvi abu-havasını əks etdirən bir neçə görüntünü təqdim edir: |