MDB ÖLKƏLƏRİ » CƏMİYYƏT
21 Dekabr 2021, 13:10 (GMT +4)

Belarusda 12 yaşdan yuxarı uşaqlar COVID-19-a qarşı peyvənd olunacaq

Bakı, 21 dekabr, SalamNews. Belarusda 12 yaşdan yuxarı uşaqların koronavirus infrksiyasına qarşı vaksin edilməsinə icazə verilib.

SalamNews xəbər verir ki, bu barədə Belarus Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yeni qərara əsasən 12-17 yaşlı uşaqları COVID-19-a qarşı peyvənd etmək mümkün olacaq.

Bunun üçün valideynlər və ya qəyyumlar peyvənd üçün məlumatlı razılıq sənədini imzalamalıdır.

Vaksinasiya, immunobioloji preparatın tibbi istifadəsi üçün təlimatlara, dərmanın ümumi xüsusiyyətlərinə və uşaqlarda peyvənd üçün əks göstərişlərin olmamasına uyğun olaraq, uşağın  COVID-19 infeksiyasına yoluxduqdan sonra 6 aydan gec olmayaraq vurula bilər.

Hazırda peyvənd üçün COVID-19 infeksiyasına qarşı təsirsizləşdirilmiş vaksin (Vero Cell) təklif olunur. Bu vaksin Çin istehsalıdır.

Uşaqların vaksin olunma kampaniyası dekabrın 27-dən başlayacaq.