![]() |
DÜNYA » İDMAN |
![]() PSJ İngiltərədən futbolçu alır Bakı, 6 dekabr, SalamNews, R.Nadirli. "Vulverhempton"un müdafiəçisi Rayan Ayt-Nuri PSJ-yə keçə bilər. SalamNews xəbər verir ki, Paris təmsilçisi bu futbolçu üçün İngiltərə klubuna təklif göndərib. PSJ 20 yaşlı oyunçu üçün 30 milyon funt sterlinq ödəyəcək. Ayt-Nuri cari mövsüm Premyer Liqada 8 oyun keçirib. Peşəkar karyerasına "Anjer"də başlayan futbolçu 2020-ci ildən "Vulverhempton"da oynayır. |