DÜNYA » CƏMİYYƏT
02 Dekabr 2021, 09:40 (GMT +4)

ABŞ-da “omikron” ştamına ilk yoluxma qeydə alınıb

Bakı, 2 dekabr, SalamNews. ABŞ-ın Kaliforniya ştatında koronavirusun yeni "omikron" ştamına yoluxmuş ilk şəxs qeydə alınıb.

SalamNews xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzlərinin məlumatlarına istinadən məlumat yayıb.

ABŞ-ın baş infeksionisti Antoni Fauçi bildirib ki, noyabrın 22-də Cənubi Afrikadan gələn şəxs özünü təcrid edib, bütün yaxın təmasda olanların testi mənfi çıxıb.

Xatırladaq ki, Afrikanın cənub regionunda üzə çıxmış B.1.1.529 və rəsmi olaraq “Omikron” yunan hərfi nişanı verilmiş yeni ştam bir çox mutasiyaya və yüksək yoluxma gücünə malikdir.