RUSİYA » CƏMİYYƏT
30 Noyabr 2021, 13:24 (GMT +4)

Rusiyada son sutkada 1 229 nəfər koronavirusdan ölüb

Bakı, 30 noyabr, SalamNews. Rusiyada son sutka ərzində daha 32 648 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

SalamNews-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 636 881 nəfərə çatıb.

Son sutka ərzində 1 229 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə ölkədə koronavirusdan ölənlərin sayı 275 193 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.