DÜNYA » SİYASƏT
30 Noyabr 2021, 10:20 (GMT +4)

Bayden omikron ştammı ilə bağlı panikaya düşməməyə çağırır

Bakı, 30 noyabr, SalamNews. ABŞ prezidenti Co Bayden mətbuat konfransı zamanı bildirib ki, koronavirus infeksiyasının yeni omikron ştammı narahatlıq doğurur, lakin panikaya səbəb olmamalıdır.

SalamNews xəbər verir ki, amerikalı lider qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) omikron ştamını yeni təhlükə elan edən kimi Cənubi Afrika da daxil olmaqla səkkiz Afrika ölkəsindən ABŞ-a giriş qadağan edilib. Onun sözlərinə görə, bu, COVID-19-un yeni ştammından qorunmaq üçün tədbirlər görmək üçün ölkəyə vaxt qazandırb.

"Biz bu ştammla heç bir xaos və çaşqınlıq olmadan elmi və səriştəli üsullarla mübarizə aparacağıq", - deyə Bayden əlavə edib.