DÜNYA » CƏMİYYƏT
27 Noyabr 2021, 10:33 (GMT +4)

ÜST koronavirusun ən sürətli yayılan yeni növünü “Umicron” adlandıraraq xəbərdarlıq edib

Bakı, 27 noyabr, SalamNews, B.Samid. Ümumdünya Səhiyyə Təşkilatının xüsusi komissiyası Cənubi Aftrikadan yayılmağa başlamış koronavirusun “B.1.1.529” növü haqda hesabat yayaraq, xəbərdarlıq edib.

SalamNews FransPress-ə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı ötən gün keçirdiyi təcili toplantıdan sonra koronavirusun “B.1.1.529” növü haqda hesabat verib.

ÜST bu ştammı “Umicron” adlandırıb və onun koronavirs növləri arasında ən sürətli yayılan olduğunu bildirib.

ÜST tabeliyində olan müvafiq qurumlarına yeni tədbirlərlə bağlı xəbərdarlıq edib.

Məlumata görə Cənubi-Afrikadan başlayan və artıq Afrikanın bir neçə ölkəsində bu növ virus sürətlə yayılır. Artıq bəzi Avropa ölkələri bir sıra Afrika ölkələrinə səfəri dayandırıblar.

Beynəlxalq Ticarət Təşkilatı də bu gün üçün nəzərdə tutduğu toplantısını təxirə salıb.