AZƏRBAYCAN » CƏMİYYƏT
27 Noyabr 2021, 10:50 (GMT +4)

Gəncədə koronavirus xəstəsinə cinayət işi açılıb

Bakı, 27 noyabr, SalamNews. Gəncədə yaşayış yerini tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb.

SalamNews xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, COVİD-19 virusuna yoluxduğuna görə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq noyabrın 22-də yaşayış yerini tərk edən Yeni Gəncə qəsəbə sakini R.Abbasov barəsində Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.