AZƏRBAYCAN » SİYASƏT
23 Noyabr 2021, 11:23 (GMT +4)

İlham Əliyev Filippin və Kambocanın yeni səfirlərinin etimadnamələrini qəbul edib

Bakı, 23 noyabr, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Filippin Respublikasının və Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.

SalamNews xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Prezident İlham Əliyev Filippinin yeni səfiri xanım Maria Elena Alqabrenin etimadnaməsini qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Henq Measın etimadnaməsini qəbul edib.