DÜNYA » SİYASƏT
19 Noyabr 2021, 14:36 (GMT +4)

BMT İsraildən təcili olaraq Livana 856 milyon dollar ödəməyi tələb edib

Bakı, 19 noyabr, SalamNews, B.Samid. BMT neft quyusuna hava zərbələrinin ednrilməsi ilə bağlı Livana 856 milyon dollar vəsaitin ödənilməsini tələb edib.

SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə BMT Baş Assambleyasında qərar qəbul edilib.

Səs çoxluğu ilə qəbul edilmiş qərara əsasən İsraildən Livana 856.4 milyon dollarlıq kompensasiyanın ödənilməsi tələb edilib.

Bildirilib ki, bu kompensasiya 2006-ci ilin iyul ayında İsrail tərəfindən Livana aid neft quyusuna hava zərbələrinin ednriilməsinə görədir.

ABŞ-la yanaşı daha yeddi ölkə bu qərarın əleyhinə, 161 ölkə isə lehinə səs verib.