DÜNYA » SİYASƏT
18 Noyabr 2021, 15:37 (GMT +4)

İsrail müdafiə nazirinin evinin xidmətçisi İrana cəsusluq ittihamı ilə saxlanılıb

Bakı, 18 noyabr, SalamNews, B.Samid. İsrailin Baş Təhlükəsizlik İdarəsi (Şabak) müdafiə nazirinin evində xidmətçilik etmiş şəxsi İrana cəsusluq ittihamı ilə saxlayıb.

SalamNews bu barədə İsrailin “Yedioth Ahronoth” qəzetinə istinadla məlumat verir.

Qəzet, “yayımlanmasına icazə verilib” adı altında dərc etdiyi məlumatda bildirib ki, İsrailin Baş Təhlükəsizlik İdarəsi müdafiə naziri Beni Qantsın evində xidmətçilik etmiş şəxsi saxlayıb.

“Aparılan dindirilmələr zamanı o, İran tərəfinə təhlükəsizliklə bağlı məlumatlar verdiyini, eləcə də müdafiə nazirinin şəxsi komputerinə cəsusluq üçün proqram yüklədiyini etiraf edib”, deyə İsrail qəzeti bildirib.

Əlavə edilir ki, 37 yaşlı Omri Goren Qoroçovski müdafiə nazirinin evində təmzilik işinə baxanlardan biri olub.