DÜNYA » SİYASƏT
17 Noyabr 2021, 17:08 (GMT +4)

Kabildə silsilə partlayışlar törədilib, ölənlər var (FOTO)

Bakı, 17 noyabr, SalamNews, B.Samid. Əfqanıstanın paytaxtı Kabildə iki fərqli kvartalda az fasilələrlə partlayışlar törədilib.

SalamNews AamajNews-a istinadla xəbər verir ki, partlayışlardan biri Kabilin qərbində Dəşt-Pərçi meydanı yaxınlığında digəri isə “Meydane Şəhid”də törədilib.

Mikroavtobusun partladılması nəticəsində üç nəfərin öldüyü deyilir.

Bu partlayışlarda ümumilikdə 10 nəfərin öldüyü və yaralandığı bildirilir.

Bu terror aktlarını hələ heç bir qrup üzərinə götürməyib.

Qeyd edilir ki, birinci partlayış Kabildə şiələrin kompakt yaşadığı kvartalda törədilib.