DÜNYA » SİYASƏT
17 Noyabr 2021, 09:23 (GMT +4)

İsrail Dəməşqin cənubunu hədəfə alıb, havadan müdafiə hərəkətə keçib

Bakı, 17 noyabr, SalamNews, B.Samid. İsrail işğal altında olan Colan Yüksəkliklərindən Dəməşqin cənubunda bir tərk edilmiş binanı hədəfə alıb.

SalamNews əl-İxbariyyə telekanalına istinadla xəbər verir ki, bu barədə Suriyanın hərbi mənbələri məlumat veriblər.

Bildirilib ki, ötən gecə saat 01 radələrində İsrail işğal edilmiş Colan Yüksəkliklərindən Dəməşqin cənub nahiyəsində yerləşən bir tərk edilmiş binanı hədəfə alıb.

Məlumata görə havadan müdafiə sistemləri bir raketi zərərsizləşdiriblər.

Hədəfə çatan raket hər hansı bir maddi və canlı xəsarətlə nəticələnməyib.

Qeyd edək ki, Colan Yüksəkliklərini işğal edən İsrail Suriya ərazisində İrana bağlı olan qüvvələri Hizbullah hərəkatını və eləcə də bu qüvvələrlə əməkdaşlıq edən yerli ordu bölmələrini hədəfə aldığını bildirir.