DÜNYA » SİYASƏT
12 Noyabr 2021, 15:54 (GMT +4)

Suriya hökuməti müharibəyə görə ölkə sənayesinə dəyən ziyanın miqdarını açıqlayıb

Bakı, 12 noyabr, SalamNews, B.Samid. "Hökumətin nəzarətində olan sənaye obyektlərinə dəyən ziyan 23,5 milyard dollar təşkil edir. Bu rəqəm hələ 2019-cu ilin statistikasına aiddir."

SalamNews Suriyanın əl-İxbariyyə telekanalına istinadla xəbər verir ki, bu barədə ölkənin Sənaye naziri Ziyad əs-Səbbağ deyib.

Nazir bu gün verdiyi açıqlamasında bildirib ki, ölkədə sənaye sahəsinə aid dövlət və özəl müəssisələrinə dəyən ziyan ümumilikdə 23,5 milyard dollar təşkil edir.

O ölkədə sənaye müəssisələrinin 40 faizinin sıradan çıxdığını bildirib.

Qeyd edək ki, Suriyada 2011-ci ildə baş qaldıran siyasi aksiyalar bir il sonra silahlı qarşıdurmaya çevrilib. İndi ölkədə müxtəlif cəbhələrdə atəşkəs elan edilsə də əksər sənaye müəssisələri məhv olub və ya işlək deyil. Hazırda ölkə ərazisinin təqribən 65 faizi hökumətin nəzarətindədir.