DÜNYA » SİYASƏT
04 Noyabr 2021, 13:37 (GMT +4)

Taliban nazirlərindən ibarət nümayəndə heyətini İrana göndərir

Bakı, 4 noyabr, SalamNews, B.Samid. Taliban hökumətinin Ali təhsil naziri Əbdülbaqi Həqqaninin başçılıq etdiyi nümayəndə heyəti İrana rəsmi səfərə gedir.

SalamNews İRNA-a istinadla xəbər verir ki, Taliban hökumətinin Ali təhsil naziri Əbdülbaqi Həqqanin başçılıq etdiyi nümayəndə heyəti tezliklə İrana rəsmi səfərə gələcək.

Taliban hökumətinin naziri İranın Kabildəki səfiri Bahadur Əminiyanla görüşü zamanı, bu səfər çərçivəsində tərəflər arasında təhsil sahəsi üzrə də danışıqların aparılacağını deyib.

Qeyd edək ki, ötən həftə İranda Əfqanıstanla bağlı toplantıda Taliban hökuməti iştirak etməmişdi. Əfqanıstana qonşu ölkələrdən İran və Tacikistan Taliban hökumətilə bağlı daha mühafizəkar mövqe nümayiş etdirməkdədirlər. İndiyə qədər heç bir dövlət Taliban hökumətini rəsmən tandığını elan etməyib. Lakin buna baxmayaraq əksər region və dünya dövlətləri Taliban hökumətilə təmaslar yaradıblar.